Nazirin şirkəti satdığı məhsulların pulunu ala bilmir? –Məhkəmə çəkişməsi

İnformasiya Texnologiyaları (İT) sahəsində əsas oyunçulardan “Bestomp Group” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “İTEMS” MMC-ni məhkəməyə verib.

Azpost.info xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir. Açıq mənbələrdə təfərrüatlara yer verilməsə də, iddialara görə, “Bestcomp Group” QSC satdığı məhsulların pulunu ala bilmir.

“Bestcomp Group” QSC 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 manat olan şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur. Lakin şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olması barədə iddialar var. Yerli mediada nazirin biznes imperiyası barəsində dərc edilən araşdırma materiallarında ona məxsus şirkətlərın siyahısında “Bestcomp Group” MMC-nin də adı var.

“İTEMS” MMC-yə gəlincə, şirkət 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Vəliyev Kərim Ramin oğludur. Şirkət barəsində açıq mənbələrdə məlumatlar məhduddur.

Hüseyn

Əvvəlki məqalə

Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkarlanıb

Sonrakı məqalə

ABŞ Əsədin qohumlarını sanksiya siyahısına daxil edib