Nazirlər Kabinetinin rəsmisindən virusla bağlı xəbərdarlıq: "Artıq biz arzuolunmaz istiqamətə gedirik”
“Qaydalara tabe olmayan vətəndaşlara qarşı cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O bildirib ki, artıq vətəndaşlar özləri daha sərt tədbirlərin görülməsini istəyirlər:
“Çox təəssüf ki, regionlarda koronavirisa qarşı mübarizə tədbirlərində həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar. Dünya təcrübəsi onu göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələnir. Ona görə də, bu insanları qorumaq üçün dövlət belə bir addım atıb. Ancaq buna baxmayaraq, qanuna əməl olunmur”.
Mətbuat katibi qeyd edib ki, insanlar fərdi məsuliyyətini dərk etmir, ailələri isə onlara təzyiq göstərmir:
“Hətta qaydaları pozan o qədər çoxdur ki, 745 adam inzibati məsuliyyətə cəlb olunub. Buna baxmayaraq polisə etiraz da var, müqavimət də. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Hətta polis də buna gedə bilmir. Ancaq vəziyyət onu göstərir ki, artıq xəbərdarlıq olunacaq, protokol yazılacaq və daha sonra cərimə olunacaq. Polislərə xüsusi planşetlər paylanılıb və ad, soyad deyildiyi halda həmin şəxsin məlumat bazası açılır. Hazırda yoluxmanın sürəti getdikcə artır. Sağalma sürəti ilə xəstəliyin yayılma sürəti arasında kəskin disproporsiya müşahidə olunur. Artıq biz arzuolunmaz istiqamətə gedirik”. (Qafqazinfo)
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...