Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib

 

Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sıra

№-si

Tədbirin adı İcra müddəti İcraçı orqanlar
1 2 3 4
Mədəni-kütləvi və idman tədbirləri
1. “Xarıbülbül” beynəlxalq folklor festivalının keçirilməsi 2022-ci il may Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
2. “Vaqif Poeziya Günləri”nin keçirilməsi 2022-ci il iyul Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi
3. “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivalının keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu
4. “Şuşa-2022” beynəlxalq incəsənət festivalının keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu
5. “Şuşa yaradıcılıq emalatxanası” layihəsinin həyata keçirilməsi 2022-ci il iyul Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
6. “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konsertinin Şuşa şəhərində keçirilməsi 2022-ci il iyul-avqust Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Şuşa

Şəhəri Dövlət Qoruğu İdarəsi
7. Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi 2022-ci il avqust Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi
8. Yerli və xarici incəsənət və ədəbiyyat xadimlərinin, KİV nümayəndələrinin, təhsil müəssisələri kollektivlərinin, blogerlərin, Azərbaycanda keçiriləcək müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada yay məktəblərinin, gənclər və könüllülər düşərgələrinin keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Gənclər Fondu
9. “Şuşada bir gün”. Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələrinin şagirdlərinin Şuşa şəhərinə səfərlərinin təşkili 2022-ci il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi
10. Məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun mərhələsinin Şuşa şəhərində keçirilməsi 2022-ci il iyun Azərbaycan Respublikasının Təhsil Nazirliyi
11. “Şuşa İli”nə həsr edilmiş və Şuşada keçirilməsi nəzərdə tutulan layihələr üzrə qrant müsabiqələrinin keçirilməsi 2022-ci il ərzində Azərbaycan Gənclər Fondu, Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyi Azərbaycan Təşkilatlarına
12. “Şuşa İli”nə həsr turnirin keçirilməsi olunmuş çövkən oyunu üzrə 2022-ci il aprel-avqust Azərbaycan Respublikasının Gənclər və İdman

Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,

Azərbaycan Atçılıq Federasiyası
13. Şuşa beynəlxalq velosiped turnirinin keçirilməsi 2022-ci il may-oktyabr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası
14. “Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsinin keçirilməsi 2022-ci il avqust Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
15. Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turnirinin keçirilməsi 2022-ci il oktyabr-noyabr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Şahmat Federasiyası
16. “İşıq festivalı. Şuşa” adlı audiovizual layihənin təşkili 2022-ci il oktyabr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması
17. Şuşaya həsr edilmiş ensiklopediyanın nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi 2022-2023-cü

illər ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
18. Yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunmuş elmi tədqiqat işlərinin aparılması, məqalə, elmi əsər, monoqrafiya, antologiyaların və s. nəşr olunması 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Gənclər Fondu
19. Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı film və çəkilişlərin bərpası, onların nümayiş etdirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
20. Şuşaya həsr olunmuş audiovizual və çap materiallarının, promo məhsulların, suvenirlərin hazırlanması 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Gənclər Fondu
21. Yerli və xarici KİV-lərdə Şuşa şəhərinə və Şuşa İli çərçivəsində keçirilən tədbirlərə dair məlumatların yayılması, verilişlərin hazırlanması 2022-ci il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AZƏRTAC, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
22. “Şuşa saatı” TV/radio verilişinin hazırlanması və yayımlanması 2022-ci il ərzində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
“Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər
23. Qoşulmama Hərəkatına üzv olan ölkə şəhərlərinin “Şuşa Assambleyası”nın keçirilməsi 2022-ci il iyul-noyabr Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
24. “Dünya məşhurları Şuşada” adlı layihənin həyata keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
25. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili 2022-ci il iyul-dekabr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
26. Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
27. Azərbaycanda və xarici ölkələrdə, o cümlədən beynəlxalq təşkilatların mənzil qərargahlarında “Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
28. UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
29. “Şuşa 270 il” adlı sənədli filmin çəkilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər
30. Şuşa şəhərinin investisiya potensialının tanıdılması məqsədilə yerli və xarici investorların iştirakı ilə tədbirlərin təşkili (Karabakh İnvestment Roadshow) 2022-ci il ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
31. Şuşa ətrafında “Yaşıl Qurşaq” yaratmaq məqsədilə

ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin

2022-ci il ərzində Azərbaycan Respublikasının Ekologiya və Təbii

Sərvətlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

aparılması İdarəsi
32. “Şuşa 270”. Şuşa şəhəri və ətraf ərazilər üçün turizm məhsullarının yaradılması 2022-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
“Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması
33. Şuşanın 270 illiyi münasibətilə “Xatirə nişanı”nın təsis edilməsi 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
34. “Şuşa 270 il” mövzusunda 3 (üç) markadan ibarət poçt markası blokunun və 3 (üç) növdə markalı poçt zərflərinin, eləcə də “Xurşidbanu Natəvan-190 il” mövzusunda poçt markasının dövriyyəyə buraxılması 2022-ci il ərzində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
35. “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa” portalının yaradılması 2022-ci il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna əsas şəhərlərə nəzarəti özündə saxlayır –

Sonrakı məqalə

Prezident BMT yüksək səviyyəli tematik müzakirələrində çıxış edib