Nazirlik gənclər üçün təcrübə proqramı elan edib

Mədəniyyət Nazirliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir.

Nazirlikdən verilən xəbərə görə, proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq.

Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə dinamik komandada çalışacaq və mədəniyyət sahəsində hökumətlərarası beynəlxalq təşkilatlarla fəaliyyətlərin təşkilində yaxından iştirak edəcək.

Proqramın məqsədi gənclərin beynəlxalq münasibətlər və mədəniyyət sahəsində bilik və bacarıqlarını artırmaq, mədəniyyət sahəsində peşəkar inkişaf və karyera imkanlarını genişləndirmək, beynəlxalq layihələrin təşkilində gənclərin töhfəsini təşviq etmək, sahə üzrə kadr potensialını inkişaf etdirməkdir.

Proqrama iştirakçıların seçimi test və müsahibələrdən ibarət bir neçə mərhələdə aparılacaq.

Son müraciət tarixi 10 oktyabrdır. Arzulayanlar qeydiyyat üçün bu linklə müraciət edə bilər.

Əvvəlki məqalə

İlon Mask Marsa 5 kosmik gəmi göndərəcək

Sonrakı məqalə

Leykemiya xəstəsi ailələr üçün hüquqi yardım layihəsi başlanır –