Nazirliyin gənc sektor müdiri vəfat edib –FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.

Bu barədə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova feysbuk hesabında məlumat yayıb.

E.Mustafayevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, 35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.

Əvvəlki məqalə

Brüssel Rusiyanın 58 milyard avro pulunu dondurub

Sonrakı məqalə

FİFA 2022-ci ilin rəmzi komandasını açıqladı –