“Neçə belə azad illər arzulayıram” - Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr - dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Ə.İmamoğlu “Twitter”də bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, - deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.
Növbəti xəbər yüklənir...