Neft platformaları və dəniz sərhədinin mühafizəsi ilə bağlı dəyişikliklər hazırlanır

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində neft-qaz platformalarının, boru kəmərlərinin və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı problemlərin həlli məqsədi ilə qanunvericiliyə dəyişiklillər hazırlanıb. 

Azpost.info bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov  “Poliqon” hərbi jurnalına müsahibəsində deyib.

Kont-admiralın sözlərinə görə,  Azərbaycan Nazirlər Kabinetinin tapşırığı əsasında yaradılmış işçi qrupu (Daxil İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Təhlükəsizliyi, Prezidentin Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri, Dəniz və Liman Agentliyi) tərəfindən qanunvericilikdə dəyişiklərin edilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində neft-qaz platformalarının, boru kəmərlərinin və dəniz sərhədlərinin mühafizəsi, kiçikhəcmli üzmə vasitələri, vahid yanalma körpüləri, tikililər ilə qapadılmış ərazilərlə bağlı problemlərin həlli məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin tapşırığı əsasında yaradılmış işçi qrupu  tərəfindən qanunvericilikdə dəyişiklərin edilməsinə dair təkliflər aidiyyəti üzrə təqdim edilib”-deyə A Qiyasov bildirib.

Kontr-admiral qeyd edib ki, Prezidentinin 2002-ci il 28 avqust tarixli Sərəncamı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz çıxarma rayonlarını və ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi Sahil Mühafizəsinin gəmi, katerləri, sahil bölmələri və texniki müşahidə məntəqələri tərəfindən təmin olunur.

Azpost.info

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.