Neft qiymətləri ucuzlaşıb

12 Dekabr 2020 - 10:26

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar geriləyərək 49,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 46,57 dollar olub.