“Neft qiymətləri də aşağı düşəcək”.
ABŞ-nin Federal Ehtiyat Sistemi baza uçot dərəcəsini əhəmiyyətli dərəcədə aşağı salsa, neft qiymətləri də aşağı düşər.
AzPost bildirir ki, xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib.
Amerikalı dövlət başçısının sözlərinə görə, neftin ucuzlaşacağı təqdirdə isə “həm amerikalılar, həm də bütün dünya üçün hər şey ucuzlaşacaq”.
Trampın sözlərinə görə, belə olacağı halda inflyasiya templəri də zəifləyə bilər ki, bu da öz növbəsində bankların kredit faizlərinin daha da aşağı düşməsi ilə nəticələnər.
O məhz bu səbəbdən Federal Ehtiyat Sisteminin rəhbərliyi ilə görüşüb bu kimi məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib. Görüşün nə vaxt baş tutacağı açıqlanmır.
Xatırladaq ki, ötən il dekabrın ortalarında FED növbəti dəfə uçot dərəcəsini aşağı salıb. Belə ki, qurum faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi – 4,5-4,75 %-ə endirməyə qərar verib.
Qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.76 ABŞ dolları və ya 0.93% azalaraq 81.23 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 81.99 ABŞ dolları təşkil edib.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu açıqlayıb. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 66,46 dollar WTI-ın isə 62,46 dollar.
Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftinin qiyməti müvafiq olaraq 80,56 dollar (öncəki proqnoz – 80,49 dollar) və 76,6 dollar (öncəki proqnoz – 76,51 dollar) təşkil edib.