“Neftçi” – “Jelezniçar” matçı üçün biletlərin hamısı satılıb

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.

Bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.

Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, “Neftçi” Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirilən qarşılaşmadan bərabərliklə (2:2) ayrılmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.