“Neftçi” “Rapid” –İkinci qol vuruldu/YENİLƏNİB

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) – 2:0 (Əlavə vaxt, ikinci hissə)

Qol: Qrüll, 67, Druif, 113
Baş hakim: Rahit Saqqi (Norveç)

**

Avstriyada “Rapid” və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəliblər.

Rəqibin heyətində 66-cı dəqiqədə Marko Qrüll topu qapıdan keçirib. Paytaxtımızda keçirilmiş matçda “Neftçi” 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxta oynanılacaq.

Səfərdəki oyunu norveçli hakim Rohit Saqq idarə edir.

Bu matçın qalibi turnirin növbəti – pley-off mərhələsində Lixtenşteynin “Vaduts” klubu ilə üz-üzə gələcək.

**

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Azpost.info Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” də cavab oyununa çıxacaq.

“Ağ-qaralar” Avstriyada “Rapid”lə üz-üzə gələcək. Bakıda 2:1 hesablı qələbə qazanan Bakı klubu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, bu mərhələni keçən komanda  pley-offda “Vaduts” – “Konyaspor” cütünün qalibi ilə qarşılaşacaq.  Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

 

11 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) – 0:0 (Birinci hissə)
Baş hakim:
 Rahit Saqqi (Norveç)
Vyana. “Veststadion”
İlk oyun – 1:2

Əvvəlki məqalə

Ukraynada daha 2 azərbaycanlı həlak olub

Sonrakı məqalə

“Neftçi” yenə uduzdu –