“Neftçi” “Srvena Zvezda” ya böyük hesabla uduzub

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

Paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.

Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

Əvvəlki məqalə

Bu gün DİM II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir

Sonrakı məqalə

Ukrayna ilə müharibədə 233 min rus əsgəri həlak olub