İsrail nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcəklər.
Azpost.info xəbər verir ki, nümayəndə heyətinin göndərilməsi qərarını İsrailin hökumət başçısı Benyamin Netanyahu təsdiqləyib.
Bu barədə onun ofisindən bildirilib.
“Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin 15 avqustda Dohaya getməsini və danışıqlar üçün mandatı təsdiqləyib”, – məlumatda deyilir.
Azpost.info