Netanyahunun ofisi humanitar fasilə ilə bağlı açıqlama yaydı

“İsrail hökuməti bir saatlıq xüsusi iclas keçirərək, Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində qaytarılması planını təsdiqləyib”.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Məlumatda deyilir ki, İsrail hökuməti bütün girovları evlərinə qaytarmaq niyyətindədir. Hökumət bu məqsədə nail olmaq üçün birinci mərhələ planını bu gecə təsdiqləyib. Bu plana əsasən, ən azı 50 oğurlanmış qadın və uşağın dörd gün ərzində azad ediləcək və bu müddət ərzində döyüşlərdə sakitlik olacaq.

Noyabrın 21-də Netanyahu fövqəladə hökumət iclasına başlamazdan əvvəl bildirib ki, ölkə hakimiyyəti Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan bəzi girovların azad edilməsi ilə bağlı çətin, lakin düzgün qərar verməyə hazırlaşır. Onun sözlərinə görə, girovların müqabilində atəşkəs elan edilməsi qərarı ölkənin bütün təhlükəsizlik strukturları tərəfindən dəstəklənib.

Azpost.info

 

Əvvəlki məqalə

“Tütək səsi”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”…

Sonrakı məqalə

Binəqədidə küçədən partladıcı qurğular, silah-sursat tapılıb –