Nicat Abbasov şahmat üzrə dünya çempionatının yarımfinalına çıxdı

Azərbaycanlı qrossmeyster Nicat Abasov dünən hindistanlı Santoş Qucrati Viditə qarşı qara fiqurlarla heç-heçə etdikdən sonra bu gün ağ fiqurlarla qalib gəlib. Oyun 44-cü gedişdə başa çatıb.

Nicat Abasov Bakıda keçirilən turnirin əsas sensasiyasıdır. O, dünya çempionatının yarımfinalına yüksəlib. Bu yarışda ən yaxşı nəticəni yalnız 2019-cu ildə kuboku qazanan Teymur Rəcəbov əldə edib. Şəhriyar Məmmədyarov və Vüqar Həşimov yalnız 1/4 finala yüksələ bilib.

Abasov yarımfinalda Dommaraju Qukes – Maqnus Karlsen cütünün qalibi ilə qarşılaşacaq. Dünən norveçli qalib gəlib. Bu gün partiya davam edir.

Xatırladaq ki, daha əvvəl Nicat Abasov növbə ilə zimbabveli Makoto Rodveli, fransalı Loran Fressineni, hollandiyalı Aniş Girini, rusiyalı Petr Svidleri və BƏƏ-dən Saleh Salemi keçib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

“Vaqner” Belarusda təhsil təşkilatı kimi qeydiyyata alındı