Niderland və Seneqal 1/8 finalda

Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son turuna start verilib.

Apasport.az saytının məlumatına görə, mundialın 10-cu oyun günü A qrupunun matçları ilə başlayıb.

Son turun hər iki görüşü eyni vaxtda başlayıb. 1/8 final şansını itirən Qətər qrupun lideri Niderlandla görüşüb. Meydan sahiblərini məğlub “narıncılar”a qrup qalibi kimi 1/8 finala vəsiqə qazanıb.

Paralel keçirilən digər matçda Ekvadorla Seneqal qarşılaşıb. Qalib gələcək komanda 1/8 finala yüksələcəkdi. Əzmkar qələbə qazanan Afrika təmsilçisi 20 ildən sonra mundialın 1/8 finalına yüksəlib.

Qeyd edək ki, bu gün B qrupunda da III turun matçları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
A qrupu
III tur, 29 noyabr

19:00. Niderland – Qətər – 2:0
Qollar: 
Kodi Qakpo, 26, Frenki de Yonq, 50
19:00. Ekvador – Seneqal – 1:2
Qol: İ
smaila Sarr, 44 (pen.), Moyses Kaysedo, 67, Kalidu Kulibali, 70

Əvvəlki məqalə

“Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin yaralanması xəbəri yalandır”

Sonrakı məqalə

Quldurlar Bakıda evə basqın edib ev sahibini və oğlunu öldürdülər-