“Nokia” Rusiyanı tərk etdiyini açıqlayıb

Finlandiyanın “Nokia” şirkəti Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilir.

Məlumata görə, son həftələrdə şirkət tədarükləri dayandırmış və ölkədə tədqiqat və inkişaf işlərindən çəkilməyə başlamışdı. “Artıq Rusiya bazarını tərk etdiyimizi elan edə bilərik. Bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı olaraq qalacaq”, – “Nokia”dan bildiriblər.

2021-ci ildə şirkətin satış gəlirlərinin təqribən 2 faizi Rusiyanın payına düşüb.

Azpost.info

Əvvəlki məqalə

Putin Lukaşenko ilə görüşmək üçün Amur vilayətinə gedib

Sonrakı məqalə

İrlandiya Rusiyadan gələn gəmilər üçün limanlarını bağlayır