“Norveç Rusiya ilə sərhədi bağlamağa hazırdır”- Baş nazir

Finlandiyadan sonra Norveç də Rusiya ilə sərhədi bağlamağa hazırdır.

Azpost.info xəbər verir ki, bunu Baş nazir Yonas Qar deyib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti sərhəddən girişə məhdudiyyətlər tətbiq edən həm Finlandiya və Estoniyadakı vəziyyəti diqqətlə izləyir.

Norveçin Rusiya ilə sərhədində “Storskoq” adlı yalnız bir keçid məntəqəsi var. Rusiya tərəfində, onunla üzbəüz “Borisoglebsk” çoxtərəfli avtomobil keçid məntəqəsi fəaliyyət göstərir. Məntəqə Murmansk vilayətinin Peçenqa rayonunun ərazisində yerləşir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.