Norveç “Vaqner”in komandirinə sığınacaq verməkdən imtina etdi

Norveç hökuməti Rusiya vətəndaşı və keçmiş “Vaqner”çi Andrey Medvedevə sığınacaq verməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Norveç rusiyalını deportasiya etməyəcək, çünki bu həmin şəxs üçün çox təhlükəli ola bilər.

Vəkili bildirib ki, Norveç hakimiyyəti Medvedevi Rusiya Silahlı Qüvvələrinin sıravi əsgəri kimi tanımır, çünki o, “Vaqner”in tərkibində Ukraynada döyüşlərdə iştirak edib. Vəkil özü də bu qənaətlə razılaşmır və “Vaqner”i Rusiya ordusunun bir hissəsi hesab edir.

Onun sözlərinə görə, Medvedev Norveç məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Eyni zamanda, o, qeyd edib ki, həmin şəxs deportasiya ilə üzləşmir, çünki Rusiyada fərariliyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Medvedev 2023-cü ilin yanvarında sərhədi qanunsuz keçdiyi üçün Norveç polisi tərəfindən həbs edilib. O, “Vaqner”in keçmiş komandiridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.