“Demarkasiyanın növbəti mərhələsi ilə bağlı hələ qərar yoxdur”.
Azpost.info bildirir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərlə söhbətində bildirib.
“Biz hələ də qaydalarla bağlı daxili prosedurları tamamlamalıyıq”-deyə o vurğulayıb.
Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin aparılmasına dair razılaşmanın əsas məqsədi bütün problemlərin fundamental və hüquqi həllini tapmasını təmin etməkdir. O, əmin edib ki, sərhədlərin delimitasiyası prosesi tamamilə qanunidir.
Rusiya ilə münasibətlərə toxunan baş nazirin müavini qeyd edib ki, Ermənistan-Rusiya problemlərinin həlli üçün səy göstərilməlidir. “Hesab edirəm ki, biz balans tapmalı və bütün maneələri aradan qaldırmağa çalışmalıyıq”.