Novruz Məmmədov Tvitterdə yazdı:

"Jak Şirak Qarabağ məsələsinin həlli üçün çox çalışdı"
27 Sentyabr 2019 - 12:57

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Baş Nazir “Twitter”də  etdiyi paylaşımda bildirib ki, görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı onu çox kədərləndirib.

“Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”, – deyə Baş Nazir qeyd edib.