Nvidia şirkətinin baş icraçı direktoru (CEO) Censen Huang vəzifəsinə qayıtdıqdan sonra nikahdankənar münasibətləri ilə bağlı qalmaqala görə şirkətin əməkdaşlarından üzr istəyib və ciddi səhvlərə yol verdiyini etiraf edib. 

Azpost.info bildirir ki, bu barədə noyabrın 24-də “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

“Mən dəhşətli səhvlərə yol verdim. Loriya (həyat yoldaşına – red.) xəyanət etdim, övladlarıma ağrı yaşatdım və əlbəttə, hamınıza da zərər verdim”, – deyə nəşr Huangın sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, Huang vəzifəsinə qayıtdıqdan bir gün sonra şirkətin kollektivinin ümumi toplantısında çıxış edib. O, hər gün 90 dəqiqəlik psixoterapiya seanslarına qatıldığını bildirib.

Huang özü tərəfindən də hazırlanmış korporativ davranış kodeksinin pozulmasını qəbuledilməz adlandırıb. Bununla yanaşı, Nvidia rəhbəri direktorlar şurasının onu vəzifəsinə qaytarmasının digər əməkdaşlara şirkətin daxili qaydalarını pozmaq hüququ vermədiyini vurğulayıb.

Bundan başqa, Huang direktorlar şurasının ABŞ prezidenti Donald Trampın təzyiqi altında onu vəzifəsinə qaytarması barədə məlumatları təkzib edib. O, bu iddiaları yalan adlandırıb və şirkət rəhbərliyinin vəziyyəti hərtərəfli qiymətləndirdiyini, lazımi məlumatları topladığını, həmçinin ABŞ prezidentinin administrasiyasından Huangın milli təhlükəsizlik üçün təhlükə yaratmadığına dair təminat aldığını bildirib.

Nadir