Nyu-Yorkdan olan siyasətçi mer Zöhran Mamdaninin mətbuat konfransı zamanı gözlərinin qəfil çevrilməsi və bunun internetdə sui-qəsd nəzəriyyələrinin yayılmasına səbəb olması ilə bağlı açıqlama verib.
Azpost.info bildirir ki, noyabrın 20-də, cümə günü keçirilən mətbuat konfransı zamanı qanunverici orqanın üzvü Cordan C. Q. Rayt Mamdaninin arxasında dayanıb. Həmin vaxt onun gözlərində bir anlıq ağ işıq parıltısı görünüb.
Bu görüntü internetdə onilliklərdir mövcud olan bir sui-qəsd nəzəriyyəsi ətrafında müzakirələrə səbəb olub. Həmin nəzəriyyəyə görə, yerdənkənar mənşəli kərtənkələyə bənzər varlıqlar gizli şəkildə insan cildinə girərək Yer kürəsində siyasətçi kimi fəaliyyət göstərirlər.
Rayt “New York Post” qəzetinə açıqlamasında videoda baş verənləri izah edə bilmədiyini bildirib, lakin Nyu-Yorkdakı fəaliyyətini önə çəkib.
“O videoda nə baş verdiyini bilmirəm. Amma mən açıq-aydın insanam və bunu qanunvericilik təşəbbüslərim də təsdiqləyir. Məsələn, Harlem bölgəsində fəaliyyət göstərən WE ACT Ətraf Mühit Ədalət Mərkəzinə 4 milyon dollar ayrılmasına nail olmuşam”, – deyə o bildirib.
Siyasətçi əlavə edib: “Mən nə reptiliyalardan, nə də yadplanetlilərdən danışa bilərəm”.