“O sual yersiz idi, mən pulu bölüşdürən deyiləm” –ÇİNGİZ ABDULLAYEVDƏN AÇIQLAMA

Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bunu Gununsesi.infoya açıqlamasında AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən ğjurnalistləri təhqir etməsi faktına münasibətində bildirib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin  AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı xalq yazıçısının təhqiri ilə qarşılanıb.

Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Bu açıqlamasına görə , sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.

Əvvəlki məqalə

Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalı ilə bağlı AÇIQLAMA

Sonrakı məqalə

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşmişik” –