Ofeliya Sənaninin infarkt diaqnozu təsdiqlənmədi –Yaxın günlərdə evə buraxılacaq (AÇIQLAMA)

Bakı Ürək Mərkəzi Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin son durumu ilə bağlı rəsmi açıqlama yayıb.

Azpost.info open.az-a istinadən xəbər verir ki, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan Ofeliya Sənaniyə, invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir.

Ofeliya Sənaninin vəziyyəti qənaətbəxşdir. Xalq artistinin yaxın günlərdə evə yazılması planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda oğru bankı şoka saldı –

Sonrakı məqalə

Küçədə arvadını bıçaqlayan gənci atası saxlaya bilməyib –