“Oğlum öləndə dərdimə şərik olmadılar, məni sıxışdırırlar…” –Ronaldo "Mançestr Yunayted"i xəyanətkar adlandırıb

Futbolçu Kriştianu Ronaldo “Mançestr Yunayted” klubundan olan həmkarlarını oğlunun ölümü ilə bağlı ona dəstək verməməkdə ittiham edib. Futbolçu deyib ki, yeni doğulmuş oğlu vəfat edərkən, qızı xəstələnərkən onun kədərinə lazımi qədər şərik çıxmayıblar. 

Azpost.info bildirir ki, 37 yaşlı Ronaldo bu barədə jurnalist Pirs Morqana verdiyi müsahibəsində deyib.

Ronaldo “Mançestr Yunayted”i xəyanətkar adlandırıb. Onun sözlərinə görə, Corciya Rodriqesdən olan əkizlərdən biri öldükdə klub rəhbərliyi onun emosinal vəziyyətinə anlayışla yanaşmayıb və peşəkarlığına şübhə edib.

Ronaldo baş vermiş hadisədən sonra vaxtını ailəsinə, xüsusən sağ qalmış, amma xəstə olan qızı Bella Esmiradlaya həsr edib. Buna görə mövsüm məşqlərinə gecikib və bu klub rəhbərliyinin sərt narazılığına səbəb olub.

Belə münasibəti özünə təhqir sayan futbolçu bunuə müsahibədə etiraf edib: ““Manşestr Yunayted”də mənə qarşı münasibətdən sonra özünü satılmış hesab edirəm. Məni “günah keçisi” kimi ortalğa buraxıblar, klubda işlər yolunda getməyəndə hər şeydə məni ittiham edirlər. Hazırda da məni fəal şəkildə sıxışdırırlar”.

Qeyd edək ki, Ronaldo və Rodriqes bu ilin aprel ayında əkiz uşaqlardan birini itirilməsini ağrısını yaşayıblar. Əkizlərdən biri doğuşdan sonra vəfat edib. Bu xəbər bütün dünyaya yayılıb. Bundan sonra cütlük bu dərdin yükünü azaltmaq üçün ictimaiyyət arasında bir müddət görünməmək barədə qərarı veriblər.

İlk dəfə Corcina may ayının sonunda Kann kinofestivalında görünüb. Avqust ayının sonunda Ronaldo əkiz qız olan körpə Bellanın fotosunu ilk dəfə nümayiş etdirib.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukraynada hərbi əməliyyatlar dayandırılmalıdır”

Sonrakı məqalə

“Tərtər işi” üzrə tutulanların həbs müddəti uzadıldı