“Olimpiakos”la Bakıdakı oyun daha vacibdir”- Şahruddin Məhəmmədəliyev

“Qarşıda bizi “Olimpiakos”la ikinci oyun gözləyir. Bu qarşılaşma daha vacibdir. Bizə mütləq 3 xal lazımdır”.

Bunu açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IV tur oyunu barədə danışarkən deyib.

28 yaşlı qolkiper səfərdə 3:0 hesabı ilə məğlub etdikləri Pirey təmsilçisinin yaxşı komanda olduğunu bildirib: “Çox çətin oyun oldu. Buna baxmayaraq, səfərdə inamlı qələbə qazandıq”.

“Olimpiakos”la oyunda cərimə zərbəsi zamanı etdiyi əla seyvə də toxunan Məhəmmədəliyev, sadəcə, öz işini gördüyünü söyləyib: “Meydanda hərənin öz işi var. Seyv etmək də mənim işimdir. Qapıda dayanıramsa, topları götürməliyəm. “Viktoriya” ilə matçdan sonra tənqid edildim. Mənim üçün çətin idi. Milli komandaya, “Qarabağ”a kömək etmək üçün çox çalışıram”.

O, hazırda Konfrans Liqası barədə düşünmədiklərini vurğulayıb: “Əsas hədəfimiz Avropa Liqası ilə bağlıdır. Pley-offa qrup birincisi kimi çıxmaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq(report).

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Krım körpüsündə partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır” –