Oliver Kan və Salihamidziç “Bavariya”nı tərk edib

Oliver Kan və Həsən Salihamidziç Almaniyanın “Bavariya” futbol klubunu tərk ediblər.

Bu barədə Münhen komandasının mətbuat xidməti məlumat yayıb.

Almaniya çempionatının son turunda şənbə günü “Köln”ə 2:1 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl 11-ci dəfə ölkə çempionu olub.

Komandanın çempionatda qələbəsi “Borussiya” (Dortmund) – “Maynts” (2:2) oyununda heç-heçədən sonra mümkün olub.

Salihamidziç 2017-ci ildən “Bavariya”nın idman direktoru, Kan isə klubun idarə heyətinin sədri vəzifəsində çalışıb.

Kanı Yan-Kristian Drizen əvəz edəcək.

Münhen komandasının yeni idman direktorunun adı daha sonra açıqlanacaq.

Hər iki funksioner futbolçu kimi “Bavariya”da çıxış edib.

Kan 1994-2008-ci illərdə, Salihamidziç 1998-2007-ci illərdə Münhen klubunda oynayıb. (APA)

Əvvəlki məqalə

Türkiyə Səfirliyi Müstəqillik Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Laçına qayıdan əhaliyə evlərin açarlarını təqdim edib –