“Azərbaycanda nəqliyyat qiymətləri doğru tənzimlənmir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, nəqliyyatda gediş haqqı məsələsi hökümətin qarşısında duran məsələ olmalıdır.
“Ölkəmizdə gediş haqqı birdəfəlik gediş kimi düşünülür və zaman-zaman da gediş haqqını arıtırırlar. Amma birdəfəlik gediş haqqı ilə nəqliyyatda ümumilikdə qiymət siyasətinin tamam fərqli alqoritmi var, fərqli yanaşmalar olmalıdır” -deyə ekspert vurğulayıb.
N.Cəfərlinin sözlərinə görə, İnkişaf etmiş ölkələrdə saatlıq, bir günlük, 3 günlük, 1 aylıq, 6 aylıq, 1 illik gediş biletləri mövcuddur: “Bunun qiymətləri tamam fərqlidir, o cümlədən bu ölkələrdə şagirdlərə, tələbələrə müəyyən güzəştlər var. Avropanın bir çox ölkələrində tələbələr üçün 1 illik gediş bileti normal biletlərdən təqribən, 3 dəfə ucuzdur. Azərbaycanda da bunun tətbiq olunmasını biz dəfələrlə təklif etmişik”.