Ölkəyə kartof idxalı 24 faiz artıb –

Yediyimiz kartofu hansı ölkələr bizə göndərir?  
23 Noyabr 2019 - 10:11

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan kartof ixracını 7,2% azaldıb, idxalını isə 23,9% artırıb. 

Bu barədə hökumətdən məlumat verilir.

Azpost.info İnterfax-a istinadən xəbər verir ki, “Yanvar-sentyabr aylarında Azərbaycan $26 milyon 823,18 min dəyərində 61,706 min ton kartof ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 7,2%, dəyər ifadəsində 9,4% azalıb”, – deyə məlumatda bildirilir.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-sentyabr aylarında bu ölkəyə $25 milyon 76,18 min dəyərində (azalma 9,53%) 55,786 min ton kartof (azalma 13,3%) ixrac edilib.

Hesabat dövründə Azərbaycandan kartof ixracının 90,4%-i RF-nin payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycana $28,492 milyon dəyərində (artım 29,2%) 109,237 min ton kartof (artım 23,9%) idxal edilib.

Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya, İran və Pakistan olub. Rusiya 57,811 min ton ($14 milyon 604,09 min), İran 38,205 min ton ($9 milyon 282,97 min), Pakistan isə 8,352 min ton ($2,5 milyon) kartof tədarük edib.

2018-ci ildə Azərbaycan $29 milyon 627,54 min dəyərində 66,563 min ton kartof ixrac edib.