Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur –FAKTİKİ HAVA

Əvvəlcədən verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.