“Ölkədə bu qədər tələbəyə dərs deyəcək müəllim yoxdur” –EKSPERT RƏYİ

“2011- cu ildə ali məktəblərin plan yeri 30 min idi, 12 il sonra isə 60 min proqnozlaşdırılıb.
Bu 12 ildə nə qədər yeni universitet açılıb və ya nə qədər yeni universitet binaları tikilib ki, 100 faiz artımı qəbul edə bilirlər? Hal-hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil”.
Azpost.info bildirir ki, bu sözləru təhsil eksperti Kamran Əsədov Meta-da yazıb.
Onun sözlərinə görə, bu qədər tələbəyə dərs deyəcək elmi dərəcəli müəllim kontingenti də yoxdur.
K.Əsədovun sözlərinə görə bu il, 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır. Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir: “Bizim orta məktəbləri 82-85 min şagird bitirir. Onların heç də hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmir. Həmçinin orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərimiz də var. Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir. Belə ki, onlar tədris ili üçün müəyyən olunmuş plan yerlərini doldurmayanda iqtisadi zərər çəkirlər”.
Ekspertin fikrincə, I və IV ixtisas qrupu üzrə plan yerləri daha çox boş qalır: “Hətta bu ixtisas qruplarında bəzi ixtisaslara 200 və daha aşağı balla dövlət sifarişi əsasında (pulsuz) qəbul olmaq olur. Düşünürəm ki, kəmiyyəti qaldırılmaq hesabına keyfiyyəti aşağı salmaq olmaz”.
Əvvəlki məqalə

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidentini qəbul edib

Sonrakı məqalə

Roma Papası Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb