Ölkədə distant təhsil almaq mümkün olacaq –"Ali təhsil haqqında" qanun layihəsində əks olunub

Ali təhsilalma formaları müəyyənləşib. 

Azpost.info APA-ya istinadən bildirir ki, bu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:

– əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime)

– qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime)

– distant ( təlim və tədrisə məsafədən qoşulma),

– sərbəst( eksternat).

Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən olunur:

Subbakalavr səviyyəsində – əyani, qiyabi distant, sərbəst;

Bakalavriat səviyyəsində – əyani, qiyabi, distant, sərbəst və əsas (baza ali) tibb təhsili səviyyəsində -əyani;

Magistratura səviyyəsində – əyani, distant;

Rezidentura səviyyəsində – əyani;

Doktorantura səviyyəsində – əyani, qiyabi;

Yenidənhazırlanma təhsili üzrə – əyani, distant;

Təkrar ali təhsil üzrə -əyani, qiyabi, distant.

Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təlim texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aprelin 29-30-da növbəti buraxılış imtahanları keçiriləcək –

Sonrakı məqalə

“İlk dozadan sonra dərhal virusa qarşı müdafiə yaranmır” –