Ölkəmizdə futbol üzrə dünya çempionatını bu TV yayımlayacaq

Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.

Bu haqda İTV məlumat yayıb.

Təntənəli açılış mərasimi 20 noyabr 18:45-də başlayacaq.

Qeyd edək ki, ilk qarşılaşma – ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.

Əvvəlki məqalə

Stoltenberq Azərbaycanın NATO-dakı nümayəndəsinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

Azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı uşaq saxlanıldı