Ötən ay xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb

26 May 2021 - 09:44

2021-ci ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, onlardan 96,7 min nəfərdən çoxu yaşa görə, 16,9 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.