Ötən il 87 min əlilə müasir reablitasiya metodları tətbiq edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində qabaqcıl reabilitasiya metodları tətbiq edilir.

Azpost.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin  məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq, 2018-2023-cü illərdə qabaqcıl dünya təcrübəsinə uyğun olaraq robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiya metodlarının da tətbiqinə başlanıb.

Qeyd olunan dövrdə aparılan işlər nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ilə nisbətən 7,3 dəfə artaraq 2023-cü ildə 87,7 minə çatıb. Həmin şəxslərə ötən il 883,7 mindən çox xidmət göstərilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.