Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 874 mindən çox artıb.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ötən sutka ərzində 874 min 381 nəfər yeni koronavirusa yoluxub, 14 min 33 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 143 milyon 445 min 675, ölənlər isə 3 milyon 51 min 736 nəfərə çatıb.
Son 24 saat ərzində yoluxmanın 37 faizdən çoxu Cənub-Şərqi Asiyanın (329 min 450 nəfər) payına düşür. Digər yerləri isə Avropa (242 min 407 nəfər) ilə Şimali və Cənubi Amerika (218 min 907 nəfər) bölüşür.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,6 milyon), Hindistan (16,2 milyon), Braziliya (14,1 milyon), Fransa (5,4 milyon) və Rusiyada (4,7 milyon) qeydə alınıb.