“Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub” –Fərhad Abdullayev

“2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev keçirilən hesabat iclasında deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib: “Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranan hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış görüntülər araşdırılıb

Sonrakı məqalə

Rusiyada deputat və həyat yoldaşı öldürülüb