Övladlarına toy etmək üçün Lənkərana gələn valideynlərin meyitləri tapıldı

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın qaldıqları evdə meyitləri aşkarlanıb.

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir.

Bu səhər hazırlıq işləri görmək üçün yaxınları onlara gedib və meyitlərini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.