Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn ər-arvad dəm qazından boğularaq ölüb- Cinayət işi açılıb (YENİLƏNİB)

Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır(apa).

Əvvəlki məqalə

Türkiyə Qəzzadakı müharibəyə görə İsrailə ixracı məhdudlaşdırır

Sonrakı məqalə

Paşinyan Şoltsla Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə edib