Özəl şirkətlər Prezidentin çağırışına qoşuldular –Köçkünlər üçün evlər tikəcəklər

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib.

Məcburi köçkünlər üçün mənzillərin tikintisi layihəsinə “Kontakt Home” mağazalar şəbəkəsi və “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil “Kristal Abşeron MTK”, 10 mənzil “Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin dəstəyilə inşa olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib. (Trend)

Xatırladaq ki, 2018-ci ildə istifədəyə verilən “Qobu Park-1” və ötən gün istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan “Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Layihənin sifarişçisi “Paşa Holding “, podratçısı isə “Kristal Abşeron” şirkətidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ və Rusiya BMT-nin Türkiyə əleyhinə bəyanat verməsinə imkan vermədi –

Sonrakı məqalə

40 ildən sonra iranlı qadınları stadiona buraxdılar –