İnsan haqları fəalı Pərviz Həşimli Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Marsel Vietorla (Marcel Vietor) görüşüb.
Bu barədə saytımıza Pərviz Həşimlinin özü bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanda medianın durumu və insan hüquqları sahəsindəki vəziyyət müzakirə olunub.
“Almaniya Avropa Şurasının üzvü kimi Azərbaycanda insan hüquqları və medianın durumu ilə bağlı prosesləri diqqətlə izləyir və hər zaman problemləri hökumətlə müzakirə edir” deyə Həşimli bildirib.