Pənah Hüseyn referendum təklifini dəstəklədi:“Yeni Konstitusiyaya ehtiyac yaranıb”

“Yeni Konstitusiyaya ehtiyacın olduğu aydındır”.

Azpost.info bildirir ki, bu  sözləri sabiq Baş nazir Pənah Hüseyn referendum keçiriləcəyi ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, seçki sisteminin dəyişdirilməsi lazımdır. “Proporsional seçki sistemi, idarəçilik – parlamentə hesabatlı hökümət, siyasi partiyalar, sosial dövlətlə bağlı və s. müddəalar yenidən işlənməlidir”.

P.Hüseynin fikrincə, referendumla bağlı yayılan söhbətlərlə əlaqədər nəzərə alınmalıdır ki, bu həm də konstitusiyada ziddiyyətləri aradan qaldırmaq zərurəti ilə bağlıdır: “Belə ki, Kontitusiyasının 84- cü maddəsinin tələbləri ilə növbədənkənar seçkilər və ondan sonrakı vəziyyət ziddiyyət yaradıb.
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Növbədənkənar seçkilər məsələsini konstitusiyaya salanda bunu unudublar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

Sonrakı məqalə

Kiberhiylə: