“Pandemiya ilə bağlı dəhşətli vəziyyət davam edir” –ÜST

Dünyada koronavirus pandemiyası ilə bağlı dəhşətli vəziyyət davam edir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Proqram direktoru Maykl Rayan deyib.

O bildirib ki, ölkələr rahatlanmamalı və təhlükəsizlik tədbirlərinə hələ əməl etməlidirlər:

“Vəziyyət çətin olaraq qalır və ümumi hadisələrin sayı azalsa da, risklər hələ də çox yüksəkdir. Pandemiya ciddi fəlakət olara qalır. Mütləq bütün ölkələr tədbir görməli, heç kim arxayınlaşmamalıdır və gələcək pandemiyaya hazırlaşmalıyıq. Əgər hazırlıq olmasa, bu baha başa gələcək”.

O, Asiya və Orta Amerika kimi dünyanın bir neçə bölgəsində son beş həftə ərzində xəstəlik sayında ciddi artımların davam etməsinə diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlir

Sonrakı məqalə

“Arsenal”ın sabiq qapıçısı qəflətən vəfat edib