“Pandemiyanın nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil” - Ümumdünya Səhiyyə Təşkilatından bədbin açıqlama
Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar proqramının direktoru Maykl Rayan COVID-19 pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Hazırda heç kim pandemiyanın nə qədər müddət davam edəcəyini təxmin edə bilmir. Bizim qarşımızda bir çox ssenari var. Düşünürəm ki, insanları maraqlandıran tətbiq edilmiş tədbirlərin nə qədər müddət qüvvədə olacağıdır. Biz qeyri-müəyyənlik dövrünə daxil oluruq”, – rəhbər bildirir.
Martın 11-də ÜST yeni COVID-19 infeksiyasını pandemiya elan etdi. Son məlumata görə, indiyədək dünyada 465 mindən çox insan yoluxub, 21 mindən çox insan isə dünyasını dəyişib.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...