"Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək.  APA-nın məlumatına görə, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.