Partiyalar YAP-a birləşir? –Hakim partiyadan AÇIQLAMA

“Bir neçə partiyanın Yeni Azərbaycan Partiyasına birləşəcəyi barədə bizdə hər hansı məlumat yoxdur”.

Bu barədə Azpost.info-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Musa Musayev bildirib.

O əlavə edib ki, YAP-ın sonuncu qurultayında 6 partiya birləşmək barədə qərar qəbul edib və bu barədə ictimaiyyətə məlumat verilib. “Bundan sonra partiyamıza birləşməklə bağlı hər hansı müraciət daxil olmayıb. Hər halda bizdə bu barədə məlumat yoxdur. Lakin hansı partiya Yeni Azərbaycan Partiyasına birləşmək istəyirsə, bu müzakirə oluna bilər. Ayrıca partiyamızın bu istiqamətdə hansısa çabalar göstərdiyi müzakirə mövzusu deyil. Yəni, hələki bizim gündəmimizdə bu məsələ yoxdur”, – deyə Musa Musayev vurğulayıb.

Məlumat üçün deyək ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulundan sonra bir sıra xırda partiyaların fəaliyyətini dayandıracağı və yaxud YAP-a birləşəcəyi barədə iddialar səsləndirilir.

Abbas

Əvvəlki məqalə

Avropa ölkələrində işçilər ayda nə qədər maaş alır? –

Sonrakı məqalə

Bayden Zelenski ilə Kiyevdən kənarda görüşmək təklifini rədd edib