Partiyaların yenidən “dizaynı” nə vəd edir? –Proporsional sistemin bərpası gözlənilir

“Siyasi partiyalar haqqında” yeni qanun proporsional seçki sisteminin bərpası istiqamətində atılacaq addımlardan ilkidir.

Bu barədə Azpost.info-ya daxil olan məlmatda bildirilir ki, hakimiyyət proporsional seçki sisteminin bərpasında israrlıdır. Bundan əvvəl də bu barədə məlumatlar yayılıb. Lakin hökumətə yaxın şəxslər tərəfindən təkzib edilib. Daha sonra isə prosporsional seçki sisteminin bərpası deyil, Milli Məclisdə deputat sayının artırılmasının nəzərdən keçirildiyi barədə iddialar səsləndirilib.

Əldə etdiyimiz məlumata görə, prorporsional seçki sisteminin təkzib edilməsi əslində Azərbaycandakı siyasi mühitin yenidən dizayn edilməsi prosesi ilə bağlıdır. Yəni, hakimiyyət yeni qanunla yeni siyasi mühit formalaşdırdıqdan sonra referendum keçirirərək proporsional seçki sistemini bərpasını reallaşdırmağı düşünür. Partiyalara yeni qanunun tələblərinə uyğunlaşmaq üçün iyul ayına qədər vaxt verilib. Ehtimal edilir ki. bu proses başa çatdıqdan sonra referendum hazırlıqları başlayacaq.

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərlinin Prezident Adminstrasiyasında keçirdiyi görüş barəsində açıqlaması da proporsional seçki sisteminin bərpası barədə məlumatların əsassız olmadığını göstərir. Natiq Cəfərli bildirib ki, o görüşdə yeni qanunun majoritar seçki sisteminə uyğun olmadığını dilə gətirib. Onun bu fikrinə cavab olaraq proporsioanl seçki sisteminin bərpa olunacağına eyham edilib.

Hazırda Azərbaycanda 50-dən artıq qeydiyyatdan keçmiş partiya var. Bu partiyaların əhəmiyyətli hissəsi yeni qanunun xüsusilə üzvlərin sayı ilə bağlı tələblərinə cavab vermir. Onlar iyula qədər üzvlərinin sayını 5000-ə çatdıra bilməsələr, o zaman fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar. Hakimiyyət bu prosesdə, yəni üzvlük məsələsində heç bir partiyaya dəstək vermək niyyətində görünmür. Bu isə partiyaların yarıdan çoxunun sıradan çıxacağı ehtimalını artırır.

Bu ələnmə hakimiyyət üçün proporsional seçki sisteminin bərpasını asanlaşdırır.

Abbas

Əvvəlki məqalə

Talış kəndinə daha 158 ailə köçürüləcək

Sonrakı məqalə

“Çin lideri dünya nizamını məhv etməyə çalışır”