“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib” –"AZƏRSU"

“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir”.

Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, hazırda əhalinin su ilə təchizatında problem yoxdur: “Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.

Qeyd edək Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Əvvəlki məqalə

Şahin Mustafayev magistral su kəmərində baş vermiş hadisə yerinə gedib

Sonrakı məqalə

Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb