“Pas” filminin çəkilişi zamanı baş verən faciə ilə bağlı yeni detallar açıqlanıb

02 Noyabr 2021 - 12:54

“Pas” filminin çəkilişi zamanı baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.

APA-nın “Hüriyyet”ə istinədən verdiyi xəbərə görə, çəkiliş heyətinin üzvlərinin ifadələrinə əsasən, faciə yaşanmamışdan əvvəl çəkiliş meydanında daha 3 qəza baş verib, nəticədə işçilərdən biri ayağından yaralanıb.

Filmin rejissor köməkçisi David Halls isə çəkiliş meydançasında yaşanan faciədən sonra ilk açıqlamasını verib.

David Hall aktyorları və komandanı silahda güllə olmadığına dair xəbərdar etmək üçün istifadə edilən “soyuq silah” ifadəsini istifadə etdiyini etiraf edib.

Sözügedən faciənin nahar fasiləsindən sonra baş verdiyini deyən rejissor köməkçisi “lazımi yoxlamaları etməliydim” ifadəsini işlədib və hadisədə heç bir qəsdin olmadığını vurğulayıb.

Xatırladaq ki, “Pas” filminin çəkilişləri zamanı Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins həyatını itirib, 48 yaşlı rejissor Coel Sousa isə yaralanıb.

Hazırda istintaq davam edir.